Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Putinin qiyamət günü silahı: sürəti ilk dəfə açıqlandı

4-01-2019, 22:48 Baxış: 47
Putinin qiyamət günü silahı: sürəti ilk dəfə açıqlandı
Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı "Poseydon”un maksimal sürəti məlum olub.
Virtualaz.org xəbər verir ki, həmin supersilah haqda Prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi.
Daha sonra internet səsverməsi yolu ilə silaha "Poseydon” adı verilmişdi.
Göstəriciləri tam açıqlanmasa da, məlumdur ki, "Poseydon” nüvə mühərrikli sualtı silahdır, təxminən, torpedonu xatırladır.
Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona "Qiyamət günü silahı” adı veriblər.
Çünki nüvə başlığı ilə təchiz edilmiş "Poseydon” ABŞ-ın Atlantik sahillərində partlasa, hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranar və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basar. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxarar.
Bildirilib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra "Poseydon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava "buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib.