Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

"Qatar 7 dəqiqə ləngidi" - Abbas

6-01-2019, 17:33 Baxış: 18
"Qatar 7 dəqiqə ləngidi" - AbbasXəbər verdiyimiz kimi, bu səhər Bakı-Gəncə sürət qatarı yolda dayanan zaman əməkdar artist Abbas Bağırov da orada olub.
Müğənni bununla bağlı paylaşım edib.
O, hazırda Bakıya çatdığını bildirib:
"Əziz dostlar, sağ-salamat gözəl Bakımıza yüksək komfortla, gözəl xidmətlə, gülərüzlü xidməti heyətlə gəlib çatdıq.
Narahat olmayın, qatar 7 saat yox, 7 dəqiqə ləngidi.
Bu, böyük problem deyil.
Adi öz avtomobilinizlə də uzaq yol gedəndə müəyyən ləngimələr olur.
Əsas sağlıq olsun, böyük problemlər olmasın.
Təməli gözəl qoyulan işin gələcəyi də gözəl olmalıdır".