Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Malayziya Kralı V Məhəmməd taxt-tacdan imtina edib

6-01-2019, 23:21 Baxış: 16
Malayziya Kralı V Məhəmməd taxt-tacdan imtina edib
Malayziyanın Ali hökmdarı, Kral V Məhəmməd taxt-tacdan imtina edib.
Yanvarın 6-da Kral sarayı bu barədə məlumat yayıb. "Əlahəzrət mövcud qaydalara uyğun olaraq, taxt-tacdan imtina etməsi barədə rəsmi məktub göndərib”, - deyə məlumatda bildirilir. V Məhəmməd məktubunda, həmçinin onu Kral seçmiş hökmdarlar şurasına (vəliəhd-sultanlar) minnətdarlığını bildirib. Taxtdan imtinasının səbəbləri açıqlanmayan Kral V Məhəmməd bu vəzifəyə 2016-cı ilin aprelində 5 il müddətinə hökmdarlar şurasının 9 üzvünün gizli səsverməsi ilə seçilmişdi. Kelantan ştatının sultanı olan V Məhəmməd Böyük Britaniyada ali diplomat təhsili alıb. Onun hobbiləri arasında ekstremal idman növləri, dözümlülük tələb edən maneəli yerlərdə qaçış və idman atıcılığı xüsusi yer tutur. Xatırladaq ki, 49 yaşlı V Məhəmməd ötən ilin noyabrında Rusiya paytaxtında "Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə toy edib. Lakin Malayziya Kral sarayı bu barədə rəsmi məlumat yaymayıb. 1957-ci ildən Konstitusiyalı monarxiya olan müasir Malayziyada Kral əsasən təntənəli mərasimlərdə funksiyalarını yerinə yetirir və Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab edilir. İstənilən qanunun qəbulu və ya nazirin təyinatı "parlamentin və hökumətin məsləhəti ilə” Kralın razılığı əsasında baş verir. Kral seçilən şəxs, həmçinin malayların və Malayziyanın digər yerli əhalisinin xüsusi statusunu, digər icmaların "qanuni maraqlarını” təmin edir.