Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

İranın sabiq prezidentinin qızından şok açıqlama - "Atam əcəliylə ölməyib"

7-01-2019, 16:44 Baxış: 20
İranın sabiq prezidentinin qızından şok açıqlama - "Atam əcəliylə ölməyib"
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsancaninin qızı Fatimə Haşimi Anadolu Agentliyinə verdiyi müsahibədə atasının ölümü ilə bağlı bir çox şübhəli məqamların olduğunu bildirib.
Rəfsəncaninin qızı qeyd edib ki, atamın əcəliylə öldüyünə heç vaxt inanmadım.
Onun ölümündəki şübhəli məqamlar məni buna inanmağa qoymadı". Keçən il həyata keçirilən tibbi ekspertizanın nəticələrinə görə atası Haşimi Rəfsancaninin radioaktiv şüalanmaya məruz qalması nəticəsində dünyasını dəyişməsinin sübuta yetirilməsi məsələsini də əlavə edən Fatimə Haşimi bildirib ki, "Atamın ölümünə səbəb olan bu radioaktiv şüaların haradan yayıldığı və necə əmələ gəldiyi barədə suallarım cavabsız qaldı.
Ona görə də atamın əcəliylə ölmədiyinə inanıram".