Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Abdullah Öcalan ölüm xəbəri yayıldı

13-01-2019, 09:33 Baxış: 17
Abdullah Öcalan ölüm xəbəri yayıldı
PKK lideri Abdullah Öcalanın öldüyü barədə məlumat yayılıb.
Bu barədə Abdullah Öcalanın qardaşı oğlu, HDP-nin Urfa millət vəkili Ömər Öcalanın Tvitter hesabından məlumat yayılıb. Ö.Öcalanın Tvitter hesabında əmisinin xəstəxanaya qaldırıldığı, ancaq edilən müdaxilələrə baxmayaraq, öldüyü bildirilib. Daha sonra millət vəkili Tvitterdə növbəti məlumat paylaşaraq, hesabının ələ keçirildiyini qeyd edib: "Tvitterdə bir problem var, dostlar. Ola bilsin, hesabım oğurlanıb". Buna baxmayaraq, o, Öcalanla bağlı xəbəri təkzib etməyib.
Qeyd edək ki.Abdulla Öcalan (Artin Agopyan) 4 aprel 1949-cu ildə Şanlıurfa ilinin Halfeti ilçəsinin Ömərli kəndində anadan olmuşdur.
Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir.
Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır.
1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan İşçilər Partiyasını yaratmışdır.
Bu partiya Türkiyə, Avropa Birliyi, NATO, ABŞ və s ölkələr tərəfindən terrorist partiya kimi tanınır. O, 20 - ildir ki,həpsdə yatirdi