Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Vaxtilə de Qol Əlcəzairdə, indi Nikol Qarabağda... - Daniyelyan

19-01-2019, 10:26 Baxış: 55
Vaxtilə de Qol Əlcəzairdə, indi Nikol Qarabağda... - DaniyelyanPaşinyanın Qarabağla bağlı seçkiqabağı tezisləri ondan ibarətdir ki, İrəvan danışıqları qarabağlıların adından aparmayacaq.
Bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Stepan Daniyelyan deyib. "Seçicilər bu tezisə əsasən seçim etdilər. İndi Ermənistan və Azərbaycan xarici işlər nazirləri danışıqları davam etdirir, Qarabağ problemini müzakirə edirlər. Nəyi müzakirə etdikləri aydın deyil.
Əgər Dağlıq Qarabağın statusunu müzakirə edirlərsə, bu o deməkdir ki, hakim qüvvə seçiciləri seçkidən öncə aldadıb” – deyə o bildirib. Daniyelyan Paşinyanın hazırkı siyasətini Şarl de Qolun Fransanı Əlcəzairdən çıxarmaq qərarıyla müqayisə edib:
"Onlar Qarabağ məsələsində deyə bilməzlər ki, situasiya dəyişib.
Zamanında Şarl de Qol da Fransanın Əlcəzairi tərk etməyəcəyi ilə bağlı fransızlara yalan vəd vermişdi.
Qələbədən sonra o tam başqa bir şey etdi.
İndi Nikol de Qol, Qarabağ isə Əlcəzair deyil.
Heç nə alınmayacaq.
Paşinyan prinsipial şəkildə Artsax adından istifadə etmir, Qarabağ söyləyir”.