Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir

23-01-2019, 08:55 Baxış: 199
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
Fransa Afrikanın 12-yə qədər ölkəsində pul çap edərək, öz dövlət borclarını ödəyir İtaliyanın əmək və sosial siyasət naziri Luigi Di Maionun söylədiyi bu fikri Fransa Xarici İşlər Nazirliyi həzm edə bilməyib.
İtaliyalı səfir Teresa Castaldonu nazirliyə çağırılıb.
Eyni zamanda, L.D.Maio bildirib ki, əgər bu gün insanlar Afrikanı tərk edirlərsə, bu, bəzi Avropa ölkələrinin, xüsusilə də Fransanın ucbatındandır. Çünki bu ölkələr Afrikanı müstəmləkələşdirməkdə davam edirlər. İtaliyalı nazir vurğulayıb ki, Afrika ölkələrini "kasıblaşdırdığı” üçün Avropa İttifaqı Fransaya sanksiyalar tətbiq etməlidir.
Fransa hakim dairələri Luigi Di Maionun sözlərinin "qəbuledilməz” olduğunu bildiriblər.