Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi - DƏFN EDİLDİ

27-01-2019, 16:35 Baxış: 211
Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi - DƏFN EDİLDİ
Millət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.
E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və dünən günün ikinci yarısında təyyarə Bakıya enib.
Ə.Qasımovun bədbəxt hadisə nəticəsində vəfat edən oğlu günün sonunda "Qurd Qapısı" məzarlığında dəfn edilib.
Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edib.