Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

CNN: Hillari Klinton prezident seçkilərində iştirak edəcəyini güman edir

28-01-2019, 08:46 Baxış: 116
CNN: Hillari Klinton prezident seçkilərində iştirak edəcəyini güman edir

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bu barədə CNN bildirib.

Qeyd edilir ki, keçmiş namizəd bununla bağlı fikirlərini ətrafındakı şəxslərə bildirib. Hillari Klinton qeyd edib ki, o, 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına imkan olduğunu güman edir.

CNN müxbiri Ceff Zeleni adı açıqlanmayan üç müsahibə istinadən bildirib ki, Klintonun özü bu ideya üçün "qapıları bağlamadığı"nı deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da keçmiş dövlət katibi, son seçkilərdəki rəqibi Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır.