Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Nəqliyyat işçilərinin tətili Belçikanı iflic vəziyyətinə salıb

13-02-2019, 22:20 Baxış: 8
Nəqliyyat işçilərinin tətili Belçikanı iflic vəziyyətinə salıb
Bu gün Belçikada 591 sərnişin və yük reysi ləğv edilib.
Buna nəqliyyat işçilərinin ümumi tətili səbəb olub.
Tətilə görə ölkənin hava məkanı bir gün ərzində bağlı olub.
Belçikanın "Skeyes” aviadispetçer xidmətinin məlumatına görə, tətil 60 min sərnişinin planlarını pozub. Belçikanın həmkarlar ittifaqı təşkilatları əməkhaqqların və pensiyaların artırılmasını, habelə iş vaxtı ilə ailəyə həsr olunan vaxtın daha yaxşı uyğunlaşdırılması üçün şəraitin yaradılmasını tələb edirlər.
Tətil Belçikada təkcə hava nəqliyyatını deyil, dəmir yolu nəqliyyatını da iflic vəziyyətinə salıb.
SNCB şirkətindən bildiriblər ki, ölkə ərazisində qatarların yarısının hərəkəti dayandırılıb. Brüsseldə və başqa şəhərlərdə metro işləmir, tramvay və trolleybuslar hərəkət etmir. Antverpen limanında yükboşaltma işləri dayandırılıb.