Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Səudiyyə Ərəbistanı Fələstinin büdcəsinə 60 mln. dollar köçürüb

14-02-2019, 07:17 Baxış: 10
Səudiyyə İnkişaf Fondu son üç ay ərzində Fələstin hökumətinin Rəmallahda yerləşən yerli administrasiyasının büdcəsini dəstəkləmək üçün Fələstin Maliyyə Nazirliyinə 60 milyon dollar köçürüb.
RİA "Novosti" xəbər verir ki, bu barədə Səudiyyənin SPA agentliyinə krallığın Misirdəki səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi nümayəndəsi Osama bin Əhməd Nakli deyib. "60 milyon dollar həcmində məbləğ krallığın 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar ayları ərzində Fələstin administrasiyasının büdcəsinə töhfədir. Səudiyyə Ərəbistanı Fələstin problemini bütün istiqamətlərdə - siyasi, iqtisadi və humanitar sahələrdə dəstəkləyir", - deyə səfir bildirib.