Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

TBMM sədri seçilən Mustafa Şəntop kimdir?

25-02-2019, 05:52 Baxış: 116
TBMM sədri seçilən Mustafa Şəntop kimdir?
Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçilən Mustafa Şəntopun tərcümeyi-halı yayılıb.
Mustafa Şəntop 1968-ci il avqustun 6-da Türkiyənin Təkirdağ vilayətində anadan olub. 1991-ci ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1993-cü ildə Mərmərə Universitetində araşdırmaçı kimi fəaliyyətə başlayıb.
O, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışıb, ayrı-ayrı dərgilərdə yazar, baş redaktor kimi fəaliyyət göstərib. 2002-ci ildə doktorloq dissertasiyasını müdafiə edib, 2005-də dosent, 2011-ci ildə isə professor elmi dərəcəsi alıb.
M.Şəntop həmçinin İstanbul İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin prezidenti vəzifəsində çalışıb.
Ədalət və İnkişaf Partiyasına qatılan Mustafa Şəntop 24, 25 və 26-cı çağırış İstanbulun millət vəkili seçilib.
Bundan başqa, o, bir müddət Konstitusiya Komissiyasının sədri vəzifəsində işləyib. Ərəb və ingilis dillərini bilir.
Ailəlidir, 4 övladı var.
Qeyd edək ki, bu gün keçirilən seçkilərdə Mustafa Şəntop 336 səs toplayaraq, TBMM-in yeni sədri seçilib.