Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

Səudiyyəyə müraciət etdim, dedilər ki... – Zərif

11-03-2019, 08:22 Baxış: 14
Səudiyyəyə müraciət etdim, dedilər ki... – Zərifİran həmişə qonşuları ilə dialoqa hazır olduğunu açıqlayıb, təəssüf ki, Səudiyyə Ərəbistanı bunda maraqlı olmayıb. Bu sözləri Ruhaninin sabahkı İraq səfərinə hazırlıqla bağlı Bağdadda səfərdə olan İran XİN rəhbəri Məhəmməd Cavad Zərif "Əl-Furat” televiziyasına müsahibəsində deyib. "5 il əvvəl Səudiyyə Ərəbistanı hakimiyyətinə təkcə ikitərəfli əlaqələr deyil, regional fəaliyyətlə bağlı da İranın müzakirələrə hazır olduğu mesajını verdim. Ancaq onlar cavab verdilər ki, regiondakı hadisələrin sizə dəxli yoxdur. İndi aydın görünür ki, regiondakı proseslərin bizə dəxli var, ya yoxdur”, - Zərif deyib. Zərif bildirib ki, İranın Ərəbistanla danışıqlar aparmaq problemi olmayıb: "Hətta Kral Abdullah dünyasını dəyişəndə mən onun dəfnində iştirak etdim. Ancaq Sədiyyə bu imkanlardan istifadə etmədi. Görünür, bu, onların siyasətidir”.