Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Litva Şimali Makedoniyanın NATO-ya üzv olmasını ratifikasiya edib

15-03-2019, 07:35 Baxış: 41
Litva Şimali Makedoniyanın NATO-ya üzv olmasını ratifikasiya edib
Litva parlamenti Şimali Makedoniyanın NATO-ya üzvlüyünü təsdiq edən sənədi qəbul edib.
Parlamentin bütün deputatları sənədin lehinə səs verib.
Səsvermədə qonaq qismində Şimali Makedoniyanın parlament spikeri Talat Xaferi də iştirak edib.
Bunla da Litva NATO-nun bu sənədə imza atan səkkizinci üzvü olub.
Litvanın xarici işlər naziri Lukas Linkyaviçus bu tarixi hadisəni beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılan növbəti addım kimi xarakterizə edib.
Qeyd edək ki, Litva NATO-ya 2004-cü ildə qəbul edilib.