Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Yeni Zelandiya polisi terror aktına görə yalnız bir nəfərə qarşı ittiham irəli sürüb

Yeni Zelandiya polisi terror aktına görə yalnız  bir nəfərə qarşı ittiham irəli sürüb
Yeni Zelandiyanın polis komissarı Mayk Buş bildirib ki, martın 15-də iki məsciddə insanların güllələnməsində yalnız bir nəfərə - Brenton Tarranta qarşı ittiham irəli sürülüb.
Yerli KİV-lər xəbər verir ki, martın 17-də keçirilən mətbuat konfransında M.Buş hücum nəticəsində həlak olanların sayının artıq 50-yə çatdığını bildirib.
Qeyd edib ki, polis tərəfindən daha bir kişi və bir qadın saxlanılsa da, onların həmin hücumlarla əlaqəsi olmadığı aydınlaşıb. Komissar əlavə edib ki, hazırda neçə nəfərin hücumun təşkilində iştirak etdiyini deyə bilməsə də, yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək. Polis martın 15-də Kraystçörç şəhərində B.Tarrantın əvvəlcə bir məscidə, daha sonra 5 kilometr şərqdə yerləşən ikinci məscidə hücum etdiyini təsdiq edir. Qeyd edilir ki, polisin nəzarətdə saxladığı insanlar arasında M.Tarrantın adı olmayıb.
Yeni Zelandiya polisi Avstraliya hökuməti ilə birlikdə onun hücumunun səbəblərini və tərcümeyi-halı barədə məlumatları araşdırır.