Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Səudiyyə Ərəbistanı apreldən gündəlik neft hasilatını azaldacaq

Səudiyyə Ərəbistanı apreldən gündəlik neft hasilatını azaldacaq
OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı öhdəliyi 90%-ə yaxın yerinə yetirib.
Bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.
O əmin olduğunu bildirib ki, öhdəliyi yerinə yetirməyən ölkələr tezliklə vədlərinə əməl edəcəklər. Nazir bazara əminliyin tədricən qayıtdığını, lakin hələ çox işlər görülməli olduğunu, monitorinqlərin davam edəcəyini qeyd edib.
O bildirib ki, aprel ayında Səudiyyə Ərəbistanı gündəlik hasilatı mart ayına nisbətdə 0,1 mln. barel azaldacaq və hasilat 9,7 mln. barel təşkil edəcək.