Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Tokayev təsdiqlədi - Astana "Nursultan" oldu

23-03-2019, 12:33 Baxış: 73
Tokayev təsdiqlədi - Astana "Nursultan" oldu
Qazaxıstanın yeni Prezidenti Qasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.
Dövlət başçısının imzaladığı qanunda deyilir: "Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri "Nursultan" şəhəri adlandırılsın".
Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi. Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub.
Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.