Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Avropa Parlamenti: “Sərt Brexit” qaçılmazdır

2-04-2019, 07:01 Baxış: 111
 
Avropa Parlamenti: “Sərt Brexit” qaçılmazdır

Böyük Britaniyanın Aİ ilə "boşanma"sı şərtlər haqqında saziş olmadan praktiki olaraq qaçılmazdır. Bunu Avropa Parlamentinin (AP) Brexit üzrə əlaqələndiricisi və AP-da liberalların lideri Gi Verhofstadt deyib.

"Böyük Britaniya parlamenti Brexit üzrə layihələrin heç birini qəbul etməyib."Sərt Brexit” variantı demək olar ki, qaçılmaz olur. Böyük Britaniyanın dalana dirənən vəziyyətdən çıxışı üçün yalnız son şansı var, yaxud onu uçuruma düşmək təhlükəsi gözləyir" - deyə Gi Verhofstadt "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, ötən ay Avropa İttifaqı (Aİ) Şurası "sərt Brexit", yəni Böyük Britaniyanın Aİ-dan sazişsiz ayrılması halında həyata keçiriləcək tədbirlər paketini razılaşdırıb. Məqsəd "nizamsız Brexit"in baş verəcəyi təqdirdə konkret sahələrə dəyə biləcək ciddi ziyanın məhdudlaşdırılmasıdır.