Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Səudiyyə Ərəbistanı neft kəmərinə hücumun səbəbini açıqlayıb

15-05-2019, 06:31 Baxış: 5

 

Səudiyyə Ərəbistanı neft kəmərinə hücumun səbəbini açıqlayıbSəudiyyə Ərəbistanı hökuməti bəyan edib ki, ölkənin neft kəmərinə hücum təkcə krallıqka yanaşı, həm də dünya iqtisadiyyatına ziyan vurmaq məqsədi ilə təşkil olunub.

Bu barədə yerli SPA agentliyi yazıb.

"Energetika, Sənaye və Mineral Ehtiyatlar naziri Xalid əl-Falih... təsdiq edib ki, Səudiyyə Ərəbistanı bu qorxaq hücumu pisləyir, bu terror aktı və diversiyanın bu yaxınlarda Fars körfəzindəki hücumun davamı olduğunu və təkcə krallığın deyil, eləcə də dünya iqtisadiyyatına qarşı yönəldiyini qeyd edib", - deyə agentlik yazır.

Səudiyyə naziri bununla yanaşı bildirib ki, ölkədə neft hasilatı və ixracı fasiləsiz davam edəcək.