Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"Huawei"in banisi: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir"

21-05-2019, 07:27 Baxış: 31
"Huawei"in banisi: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir"
"Huawei" şirkətinin banisi Jen Çjenfey ABŞ-ın Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarda fəaliyyətini müvəqqəti yeniləməsi qərarına münasibət bildirib.
Bu barədə "Reuters" xəbər verir.
Onun sözlərinə görə, ABŞ-ın qərarı "Huawei" üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında "Huawei"yə çata bilməyəcəklər. Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib. Daha əvvəl Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidentiDonald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.