Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"Formula1"-in üçqat çempionu Niki Lauda vəfat edib - FOTO

21-05-2019, 07:30 Baxış: 33
"Formula1"-in üçqat çempionu Niki Lauda vəfat edib - FOTO
"Formula1"-in keçmiş çempionu Niki Laudavəfat edib.
Bu barədə avstriyalı idmançının ailə üzvlərinə istinadən "France Presse" məlumat yayıb. Bildirilir ki, o, mayın 20-də 71 yaşındadünyasını dəyişib. Üçqat dünya çempionuolmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb.
O, yanıq xəsarətinin yerlərini qırmızı şapkası ilə örtüb. Niki Lauda karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.