Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Qərb Səudiyyədən üz döndərir

21-06-2019, 08:40 Baxış: 61
Qərb Səudiyyədən üz döndərirSəudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Böyük Britaniya məhkəməsinin Ər-Riyada silah satışı qadağasına etiraz edib.
Bununla bağlı XİN rəhbəri Adil Cübeyr bəyanatla çıxış edib.
O bildirib ki, ərəb koalisiyasına silah satışının qadağan edilməsi İrana fayda gətirəcək: "Koalisiya qanuni müharibə aparır və dövlətin qanunlarına uyğun olaraq, İranın və İrana bağlı qüvvələrin strateji ölkələri tutmasına mane olur”.
Qeyd edək ki, dünən İngiltərə Kassasiya Məhkəməsi Səudiyyəyə silah satışını qadağan edib.
Bundan əlavə, ABŞ Senatında demokratlarla respublikaçılar da Ər-Riyada 8 milyardlıq silah satışını nəzərədə tutan qətnaməyə qarşı çıxıblar.