Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Əkrəm İmamoğlu rəsmən İstanbulun meri oldu

23-06-2019, 20:00 Baxış: 201
Əkrəm İmamoğlu rəsmən İstanbulun meri oldu
İstanbulda bələdiyyə sədrliyi uğrunda bu gün baş tutan səsvermə başa çatıb.
Yerli vaxtla saat 8-də açılan məntəqələr 17:00-da bağlanıb.
Hazırda səslərin sayılması prosesinə start verilib. Yayım qadağası götürüldükdən sonra seçkilərin nəticələri elan olunacaq.
***
İstanbulda səslərin artıq 95.2 faizi sayılıb.
İmamoğlu hazırki nəticəyə əsasən, 53.68, Yıldırım isə 45.40 faiz səs toplayıb. Yıldırım ilkin nəticə ilə bağlı Tvitter hesabında İmamoğlunu öndə getməsi ilə bağlı təbrik edib, uğurlar arzulayıb.
***
İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkilərdə səslərin 99.37 faizi sayılıb. Seçici aktivliyi 84.42 faiz olub.
Hazırki nəticəyə əsasən, 31.186 seçki qutusundan 30.989-unda səslər hesablanıb. İmamoğlunun təmsil etdiyi Millət İttifaqı 54.03 faiz (4.7 milyon səs), Cümhur İttifaqının namizədi Yıldırım isə 45.09 faiz səs (3.9 milyon səs) toplayıb.
Seçkidə iştirak edən Səadət Partiyası 0.55 faiz, Vətən Partiyası 0.17 faiz, digər namizədlər isə 0.16 faiz səs yığıb.