Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Osakada G20 sammitində Putinlə Tramp arasında gğrüş başladı

28-06-2019, 09:36 Baxış: 198
Osakada G20 sammitində Putinlə Tramp arasında gğrüş başladıYaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.
TASS xəbər verir ki, görüş 1,5 saat davam edəcək. Qeyd edilir ki, Putin və Tramp ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə edəcəklər və həmçinin İran, Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar. ***
Rusiya və ABŞ prezidentlərinin Osakada G20 sammiti çərçivəsində görüşü dialoqu davam etdirmək üçün yaxşı imkan verir. Bu sözləri amerikalı həmkarı ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib. "Cənab prezidentlə (ABŞ) razılaşmaya bilmərəm, danışacaq mövzularımız var. Bütün mövzular qeyd olunub. Biz Helsinki görüşündən sonra çoxdandır görüşmürük”, - Putin bildirib.
*** ABŞ Prezidenti Donald Tramp Yaponiyada G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə zarafat edib. Bu barədə CNN informasiya yayıb. Məlumata görə, jurnalistlər görüşün gündəmi ilə bağlı məlumat almaq üçün suallar ünvanlayarkən Tramp onlardan birinin dilindən "2020-ci il seçkilərinə Rusiya müdaxiləsi” sözlərini eşidib. Bundan sonra Tramp təbəssümlə Putinə çevrilərək, "Seçkilərə müdaxilə eləmə” deyib. Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp arasında keçirilən görüşdə ABŞ Prezidentinin qızı və kürəkəni - İvanka Tramp və Cared Kuşner, Dövlət katibi Mayk Pompeo, Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Prezidentin müşaviri Fion Hill, Maliyyə naziri Stiv Mnuçin, Ağ Evin yeni mətbuat katibi Stefani Qrişem də iştirak edir. Rusiya tərəfindən danışıqlara dövlət başçısının köməkçisi Yuri Uşakov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Prezidentin mətbuat katibi Dmitri Peskov qatılıb.