Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi

10-07-2019, 12:54 Baxış: 9
Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib.
Bu barədə "Rustavi 2” telekanalına müsahibəsində danışıb.
"Bu, siçanla oynayan pişikdir: ölkəmiz bu vəziyyətdədir”, - Saakaşvili bildirib.
Eks-prezident situasiyadan çıxış yolunu ölkə rəhbərliyinin dəyişdirilməsində gördüyünü açıqlayıb.(Qafqazinfo) Xatırladaq ki, "Rustavi 2" telekanalının aparıcısı Georgi Qabuniya "Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.
Onun bu cür davranışı hər iki ölkə arasında qalmaqala səbəb olub.
Gürcüstan prezidenti Salome Zurabişvili isə Rusiya hakimiyyətinə səslənərək onları radikal gürcü qüvvələrinin təxribatlarına cavab verməməyə çağırıb.