Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

İvanişvilidən açıq mövqe: Rusiyadan imtina çağırışı...

18-07-2019, 08:53 Baxış: 22
İvanişvilidən açıq mövqe: Rusiyadan imtina çağırışı...
Rusiya bazarı Gürcüstan üçün vacibdir. Ondan imtina etməyə çağırış edən hər kəs xalq düşmənidir.
Bunu Gürcü Arzu Partiyasının sədri, Gürcüstanın boz kardinalı Bidzina İvanişvili deyib. Onun sözlərinə görə, Gürcüstanın Rusiya bazarını əvəz etməsi üçün illər lazımdır: "Gürcü məhsulları Rusiyada məşhurdur, onu yaxşı tanıyırlar. Rusiya bazarı Gürcüstan üçün qapadılanda müəyyən diversifikasiya baş verdi və bu proses davam edir.
Rusiya bazarından imtina etməyə çağıranlar xalq düşmənləridir”.