Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

ABŞ Fars körfəzində İranın dronunu vurub

19-07-2019, 09:21 Baxış: 23
ABŞ Fars körfəzində İranın dronunu vurub
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Fars körfəzində İranın pilotsuz uçan aparatını vurub.
RİA "Novosti" xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib. "Pilotsuz aparat dərhal məhv edilib", - deyə o bildirib və əlavə edib ki, kəşfiyyat aparatı Amerikanın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub. Trampın sözlərinə görə, pilotsuz aparat ABŞ gəmisi üçün təhlükə yaradıb.
O, digər ölkələri də öz gəmilərini müdafiə etməyə çağırıb.