Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Məşhur italiyalı tennisçi Cüzeppe Merlo vəfat edib

20-07-2019, 10:35 Baxış: 48
Məşhur italiyalı tennisçi Cüzeppe Merlo vəfat edib
Soldan ikiəlli zərbə vurmaq texnikasını icad edən italiyalı tennisçi Cüzeppe Merlo 91 yaşında vəfat edib.
ANSA agentliyi xəbər verir ki, məşhur tennisçi Fransa açıq çempionatında ("Roland Garros”) iki dəfə yarımfinala, İtaliya çempionatında isə iki dəfə finala yüksəlib.
O, 1950-ci illərdə İtaliya açıq çempionatının dördqat qalibi olub. C.Merlo həmkarları F.Qardini,
O.Sirola və N.Pyetranceli ilə birgə İtaliya tennisinin inkişafında xüsusi xidmətlər göstərib.