Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Pentaqon rəsmən təsdiqlədi: ABŞ Səudiyyəyə geri dönür

20-07-2019, 10:51 Baxış: 42
Pentaqon rəsmən təsdiqlədi: ABŞ Səudiyyəyə geri dönür
ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Riçard Spenser Səudiyyə Ərəbistanına ABŞ hərbçiləri və lazımi resursların yerləşdirilməsinə razılıq verib.
bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Məlumatda ABŞ hərbçilərinin Səudiyyə ərazisinə bu ölkənin dəvətiylə gəldiyi vurğulanıb.Qeyd edək ki, bundan öncə Səudiyyə kralı ABŞ ordusunun krallıq ərazisində yerləşdirilməsinə izn verib. ABŞ mətbuatı isə bir neçə gün əvvəl ABŞ-ın Səudiyyə Ərəbistanındakı Sultan aviabazasına 500 hərbçi göndərəcəyi haqqında məlumat yayıb.
ABŞ Səudiyyə Ərəbistanındakı hərbçilərinin böyük hissəsini 2003-cü ildə çıxararaq, Sultan aviabazasının idarəçiliyini krallığa verib.
Bundan sonra Səudiyyə ərazisində ABŞ-ın yalnız kiçik bir hissəsi qalıb.