Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Su-30 ABŞ təyyarəsinə “hücum” etdi – Video

22-07-2019, 11:08 Baxış: 249
Su-30 ABŞ təyyarəsinə “hücum” etdi – Video
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3 kəşfiyyat təyyarəsini "aqressivcəsinə izlədiyi” barədə məlumat yayıb.
İnsidentin 19 iyulda baş verdiyi bildirilib. Məlumatda Su-30-un EP-3-ün ekipajına və təyyarənin özünə ciddi risk yaratdığı vurğulanıb.
Bu gün yayılan videoda Su-30-un ABŞ təyyarəsinə təhlükəli məsafədə yaxınlaşdığı görüntülənib.
Qeyd edək ki, bundan öncə Venesuela ABŞ təyyarəsinin hava sərhədini pozduğunu bəyan edib.
İddia edilib ki, təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb, yalnız Su-30 havaya qalxdıqdan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi uzaqlaşıb.
ABŞ ekspertləri isə Venesuelanın bu addımını "Rusiyanın birbaşa hərbi dəstəyinin nümayişi” adlandırıb.