Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

20 yaşlı gənc 5 milyon insanın məlumatını oğurladı

24-07-2019, 08:32 Baxış: 78
20 yaşlı gənc 5 milyon insanın məlumatını oğurladı
Bolqarıstanda 5 milyon insanın şəxsi məlumatlarının oğurlanması ilə bağlı kiberhücum skandalı böyüyür.
Bolqarıstan Baş naziri Boyko Borisov, Baş prokuror Sotir Tzatzarov, Avropa Parlamentinin deputatı Emil Radev kimi ölkənin öndə gələn nüfuzlu simalarının da hədəfə alındığı ortaya çıxıb.
Məsələ ilə bağlı danışan Bolqarıstanın Baş prokurorunun müavini İvan Qeşev 29 iyunda baş verən kiberhücumun arxasında 20 yaşlı kompüter mütəxəssisi Kristian Boykovun olduğunu və ona məxsus kompüterin şifrələrinin sındırıldığını deyib.
Sözügedən şəxsin hücumun məsuliyyətini daşıdığı bildirilib.