Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Növbəti təxribat: Ermənilər tibbi yardım maşınını vurdu

29-07-2019, 15:16 Baxış: 29
Növbəti təxribat: Ermənilər tibbi yardım maşınını vurdu
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində "Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.Növbəti təxribat: Ermənilər tibbi yardım maşınını vurdu