Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Dollar dəyişmədi, avro ilə rubl ucuzlaşdı

5-07-2016, 10:25 Baxış: 262
Dollar dəyişmədi, avro ilə rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Tezis.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 4-ü ilə müqayisədə sabit qalaraq 1,5425 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,01% zəifləyərək 1,7160 manat olub.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,41% azalaraq 0,0241 manat olub. Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,43% zəifləyərək 0,5301 manata çatıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0433 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,27%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6620 manat təşkil edib.