Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Atambayevin iqamətgahına hücum nəticəsində yaralananların sayı 48-ə çatıb

8-08-2019, 09:22 Baxış: 135
Atambayevin iqamətgahına hücum nəticəsində yaralananların sayı 48-ə çatıb
Qırğızıstan Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb. "Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib", - idarənin məlumatında bildirilir.
Nazilik nümayəndəsi həmçinin qeyd edib ki, zərərçəkmişlərdən 9 nəfəri ambulator müalicəyə buraxılıb.
Ümumilikdə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.