Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Qırğızıstan parlamentində sabiq Prezident Almazbek Atambayevin həbs ilə bağlı məsələ müzakirə olunur

8-08-2019, 14:41 Baxış: 35
Qırğızıstan parlamentində sabiq Prezident Almazbek Atambayevin həbs ilə bağlı məsələ müzakirə olunur
Qırğızıstan parlamenti-Joqorku Keneşin bu gün öz işinə başlayan növbədənkənar sessiyasında ölkənin sabiq Prezidenti Almazbek Atambayevin həbsi ilə bağlı yaranan qarşıdurma müzakirəyə çıxarılıbmış.
İclasda Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abduqaziyev, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, Daxili İşlər naziri Kaşkar Junuşaliev, ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi Raimberdi Duyşenbiev və Baş prokuror Otkurbek Jamşidov iştirak ediblər. İclası parlamentin sədri Dastan Cumabayev açaraq Almazbek Atambayevin saxlanması ilə bağlı hökumət qüvvələrinin ötən gecə keçirdikləri əməliyyat haqında məlumat verib. Qeyd edib ki, hər iki tərəfdən 52 insan yaralanıb, bir xüsusi təyinatlı ölüb, Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.
Çıxış edən güc strukturlarının rəhbərləri Almazbek Atambayevin toxunulmazlıq hüququnun ləğv edilməsi, ölkə qanunları ilə ittiham olunması və digər qanunazidd hərəkətləri haqqında məlumat veriblər.
Bildirilib ki, Prezidentdən tutmuş sıravi vətəndaşa qədər hamı etdiyi hərəkətlərə görə qanun qarşısında cavab verməlidir.