Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Alyaskada içərisində SSRİ dövründən məktub olan butulka tapılıb

8-08-2019, 15:26 Baxış: 40
Alyaskada içərisində SSRİ dövründən məktub olan butulka tapılıb
Alyaskanın qərbində içərisində SSRİ dövründən məktub olan şüşə butulka tapılıb.
"İzvestiya” qəzeti xəbər verir ki, içərisində rus dilində yazılmış məktub olan zaman kapsulunu Şişmaryov körfəzində ABŞ vətəndaşı Tayler İvanoff aşkar edib.
Mətndən məlum olur ki, məktub sahibi "Sulak” üzən bazasında Uzaq Şərq Gəmiçiliyinin Rus Donanmasında xidmət edib.
Məktubda deyilir.
"Uzaq Şərq Gəmiçiliyinin Rus Donanması adından səmimi salam.
"Sulak” üzən bazasının "Vostokrıbxolodflot” donanması.
Bu butulkanı tapan şəxsi salamlayıram.
Vladivostok şəhəri-43 "Sulak” üzən bazasında yerləşən "Vostokrıbxolodflot” ünvanında bütün heyətə məlumat verməyinizi xahiş edirik.
Sizə cansağlığı, uzun ömür və rahat gəmi səfəri arzu edirik”.
Məktub 1969-cu il iyunun 20-də yazılıb.