Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Jeenbekovun rəqibi Bişkekdə

10-08-2019, 10:14 Baxış: 25
Jeenbekovun rəqibi Bişkekdə
Qırğızıstanın müxalif Respublika Partiyasının sədri Omurbek Babanov Bişkekə dönmək qərarı verib.
Bu məlumatı "24.kg” agentliyi yayıb. Məlumata görə, onun ölkəyə yerli vaxtla 14:40-də gəlməsi nəzərdə tutulub.
Bununla belə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi xəbərdarlıq yayaraq, Babanovun geri qayıdacağı təqdirdə həbs ediləcəyini bildirib. Onun hakimiyyəti güc yoluyla devirməyə çağırışı işi üzrə məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.
Qeyd edək ki, son prezident seçkisində Babanov 34% səslə ikinci yeri tutmuşdu.
O zaman Babanovun seçkidə əsas rəqibi Atambayevin dəstəklədiyi Sooronbay Jeenbekov idi.
Almazbek Atambayev seçki zamanı Babanovu xaricdən, xüsusilə Qazaxıstandan dəstək almaqda ittiham edib.
Nəticədə Babanova qarşı seçkidən dərhal sonra dini, milli düşmənçilik yaratmaq ittihamı ilə cinayət işi açılıb. Babanov isə ölkədən qaçıb və siyasətdən getdiyini bildirib.
 
***
Bu gün Qırğızıstanın müxalif Respublika Partiyasının sədri Omurbek Babanov Bişkekə qayıdıb. Müxalif lideri Manas hava limanında yüzlərlə tərəfdarı qarşılayıb.
Geri qayıtması ilə bağlı danışan Babanov bunun üçün şad olduğunu və onu dəstəkləyənlərə təşəkkürünü bildirib.