Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Böyük Britaniya ABŞ-ın xahişini nəzərə almayaraq İran gəmisini azad edib

19-08-2019, 08:00 Baxış: 319
Böyük Britaniya ABŞ-ın xahişini nəzərə almayaraq İran gəmisini azad edib
Böyük Britaniya tərəfindən həbs olunan, lakin məhkəmənin qərarına əsasən azad edilən İranın "Grase-1” gəmisi bu axşam Hibraltarı tərk edib.
Bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad məlumat verib.
O bildirib ki, məhkəmə qərarı ilə 3 gün əvvəl azad edilən gəmi və ekipaj bu axşam Hibraltarı tərk edib.
Səfir nəzərə çatdırıb ki, gəminin adı dəyişdirilərək "Adrian Dara” qoyulub.
ABŞ-ın gəminin həbsdə saxlanılması haqqında təkidli xahişinə baxmayaraq məhkəmə beynəlxalq qanunlara əsasən qərar qəbul edib.
Böyük Britaniya hökuməti də ABŞ-ın xahişinə əməl etməyib və gəmini həbsdə saxlamaqdan imtina edərək azadlığa buraxıb.