Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək

20-08-2019, 08:35 Baxış: 23
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək
Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.
XİN-dən verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər.
Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb.
19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.