Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

"Tramp sentyabrın 2-3-də Kopenhagenə səfər edəcək"

20-08-2019, 08:45 Baxış: 21
"Tramp sentyabrın 2-3-də Kopenhagenə səfər edəcək"Danimarka ABŞ prezidenti Donald Trampın sentyabrın 2-3-nə planlaşdırılan səfərinə hazırlaşır.
 TASS-ın verdiyi məlumata görə, bu barədə Krallığın baş naziri Mette Frederiksen bildirib.
Qadın siyasətçi bu səfəri səbirsizliklə gözlədiyini və ABŞ-ın təhlükəsizlik siyasətində ən vacib müttəfiqləri olduğunu söyləyib. Digər yandan, D.Trampın özü hələ Danimarkaya gedəcəyini təsdiqləməyib. O, dünən Nyu Cersidəki mətbuat konfransında "Polşaya gedirik, sonra da ola bilsin, Danimarkaya getdik. Amma tam əmin deyiləm" söyləyib. Bununla yanaşı, Tramp ABŞ-ın Danimarka Krallığının ərazisi olan və geniş muxtariyyətə malik Qrenlandiyanı almaqda maraqlı ola biləcəyini təsdiqləyib. Qrenlandiya və Danimarka hökuməti isə, öz növbəsində, Qrenlandiyanın ABŞ ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu, ancaq satılmadığını qeyd edib.