Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Fransada G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək

19-08-2019, 18:58 Baxış: 17
Fransada G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək
Fransanın hüquq-mühafizə orqanları Biarrits şəhərində keçiriləcək "Böyük yeddilik" (G7) sammitində təhlükəsizliyi təmin etmək məqsədilə 10 mindən çox insanı - polis, jandarma və hərbçiləri səfərbər edib. Bu barədə TASS xəbər verir.
Fransa KİV-inin məlumatına görə, sammit avqustun 24-26-da keçiriləcək. Şəhər və onun ətrafında sərt güc tətbiqi, o cümlədən nümayişlərin dağıdılması üçün nəzərdə tutulmuş Fransa polisinin 45 ədəd xüsusi bölməsi - "respublika təhlükəsizlik bölüyü" (CRS) yerləşdiriləcək.
Biarritsdə sammit zamanı iki təhlükəsizlik zonası yaradılacaq.
Əsas zona olan "qırmızı"ya sahilyanı ərazi - şəhərin əsas hoteli - "Hotel de la Beach", iki kazino, şəhər meriyasının binası daxil ediləcək. Bu zonaya giriş xüsusi vəsiqələrlə olacaq, küçələrdən bütün avtomobillər yığışdırılacaq.
İkinci - "mavi" zonada tədbirlər daha yumşaq olacaq.
Oraya şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra xüsusi icazəsi olan avtomobil sürücülərinin daxil olmasına icazə veriləcək.