Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ukraynanın Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

29-08-2019, 09:51 Baxış: 18
Ukraynanın Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıbUkraynanın Lvov vilayətinin Droqobıç şəhərində qaz sızması nəticəsində uçmuş binanın dağıntıları altından 8 cəsəd çıxarılıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Daha əvvəl 6 nəfərin öldüyü və 7 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. TASS informasiya agentliyi xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Facebook” səhifəsində yaralılardan 5-nin uşaq olduğu qeyd edilib.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Fövqəladə vəziyyətin fəsadlarının aradan qaldırılması üçün 470 nəfər və 75 vahid texnika cəlb olunub.