Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Çin kosmosa iki peyk göndərib

31-08-2019, 10:51 Baxış: 48
Çin kosmosa iki peyk göndərib
Avqustun 31-də Çin "Kuayçjou-1A” raketdaşıyıcısı ilə kosmosa iki peyk göndərib.
Sinxua agentliyi xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb. Məlumata görə raketdaşıyıcı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Tszyuan kosmodromundan orbitə buraxılıb. Kosmik aparatlardan biri mikroqravitasya eksperimental peyki, digəri isə "Syaosan-1-07” elmi-tədqiqat aparatıdır.
Bu, "Kuayçjou-1A” raketdaşıyıcısının kosmosa üçüncü buraxılışıdır. ÇXR meteoroloji, telekommunikasiya, naviqasiya peyklərini orbitə göndərməklə öz kosmik proqramını inkişaf etdirir.
Bununla yanaşı, çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.