Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Boris Conson millət vəkillərini Brexiti təxirə salmaq üçün səs verməməyə çağırıb

3-09-2019, 08:02 Baxış: 20
Boris Conson millət vəkillərini Brexiti təxirə salmaq üçün səs verməməyə çağırıb
İngiltərənin Baş Naziri Boris Conson ölkəsinin oktyabrın 31-də Avropa İttifaqından (Brexit) çıxması ilə əlaqədar açıqlama verib.
Baş Nazir millət vəkillərini Brexiti təxirə salmaq üçün səs verməməyə çağırıb.
İyul ayından baş nazir vəzifəsini icra edən Conson oktyabrın 31-də razılıq əldə olunmayacağı təqdirdə Avropa İttifaqını razılaşmasız tərk etməyin mümkünlüyünü iddia edib.
Çərşənbə axşamı parlamentdə Consonun Avropa İttifaqını razılaşma olmadan tərk etməsinin qarşısını alan qanun layihəsi səs verməyə qoyulacaq. Brexit əleyhinə olduğu üçün təkcə Leyboristlər və digər müxalifət partiyalarının deyil, hakim Mühafizəkarlar Partiyasından olan bəzi millət vəkillərinin də qanun layihəsinin leyhinə səs verəcəyi gözlənilir.
Belə olan halda, Baş Nazir qanun layihəsinin lehinə səs verən millət vəkillərinin partiyadan çıxarılacağını və yenidən namizəd ola bilməyəcəklərini deyib.