Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı genişləndirir

3-09-2019, 08:05 Baxış: 17
Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Ukraynanın Y.Mudrıy adına Milli Hüquq Universitetindən AZƏRTAC-a bildirilib ki, universitetin prorektoru Yuriy Barabaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Təhsil Nazirliyi və ADA Universitetində görüşlər keçirib. İlk öncə Ukrayna nümayəndə heyəti Təhsil Nazirliyində Aparat rəhbərinin müavini Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, kadr hazırlığı və digər məsələlər müzakirə olunub.
Görüşdə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, nazirin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Həsən Həsənli və Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova da iştirak ediblər. ADA Universitetində keçirilən görüşdə iştirak edən rektor Hafiz Paşayev bildirib ki, Azərbaycan və Ukraynanın nüfuzlu ali təhsil ocaqları arasında əməkdaşlıq daha da güclənməlidir.
Y.Mudrıy adına Milli Hüquq Universitetinin prorektoru Y.Barabaş öz növbəsində ADA Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Müzakirələrdən sonra hər iki təhsil ocaqları arasında əməkdaşlığa dair saziş imzalanıb. Görüşlərdə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də iştirak edib.