Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

ABŞ-ın dövlət katibi NATO-nun baş katibi ilə görüşəcək

3-09-2019, 08:29 Baxış: 18
ABŞ-ın dövlət katibi NATO-nun baş katibi ilə görüşəcək
ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Bu barədə Şimali Atlantika Alyansının nümayəndəsi məlumat yayıb.
Bildirilir ki, tərəflər cari təhlükəsizlik məsələlərini, NATO ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünü, eləcə də alyansın üzvü olan ölkələrin dövlət başçılarının görüşünü müzakirə edəcəklər. Görüşdə həmçinin Əfqanıstanda NATO-nun missiyasını, habelə sülh yaratma prosesini müzakirə edəcəklər.
Daha əvvəl ABŞ-ın dövlət katibi rəsmi Vaşinqtonun müttəfiqləri və tərəfdaşlarını İran "sabitliyi pozan davranışları dayandırmayana qədər" bu ölkəyə qarşı təzyiqi gücləndirməyə çağırıb.