Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Rusiyalı deputatlar İstanbulda terror təşkilatlarının vahid siyahısının hazırlanması məsələsini müzakirə edəcəklər

4-09-2019, 08:36 Baxış: 162
Rusiyalı deputatlar İstanbulda terror təşkilatlarının vahid siyahısının hazırlanması məsələsini müzakirə edəcəklər
Rusiya Dövlət Dumasının deputatları İstanbulda keçiriləcək terrorizmlə mübarizəyə dair konfransda terror təşkilatlarının vahid siyahısının yaradılması məsələsini müzakirə edəcəklər.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
Oktyabrın 11-12-də İstanbulda keçiriləcək regional konfransın işində Rusiya, Türkiyə, İran, Pakistan, Əfqanıstan və Çin parlamentariləri iştirak edəcəklər.
V.Volodin rusiyalı deputatların həmkarları ilə birlikdə terror təşkilatlarının vahid siyahısının yaradılması məsələsini müzakirə edəcəklərini bildirib.