Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

"Apple" yeni "iPhone" modellərini təqdim edəcək

10-09-2019, 08:35 Baxış: 144
"Apple" yeni "iPhone" modellərini təqdim edəcək
"Apple" şirkəti çərşənbə axşamı təqdimat keçirəcək.
Mütəxəssislərin fikrincə, tədbirdə "iPhone" smartfonlarının yeni modelləri təqdim olunacaq.
TASS xəbər verir ki, Kaliforniyanın Kupertino şəhərindəki "Apple Park" şəhərciyindəki "Steven Jobs" Teatrında keçiriləcək tədbir şirkətin rəsmi saytında yayımlanacaq.
Təqdimat yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq.
Mütəxəssislər təcrübəyə əsaslanaraq bunun ilk növbədə yenilənmiş "iPhone" xəttinə həsr olunacağını söyləyirlər.