Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Snouden ABŞ-a qayıtmaq üçün şərtlərini açıqlayıb - VIDEO

13-09-2019, 08:56 Baxış: 196
Snouden ABŞ-a qayıtmaq üçün şərtlərini açıqlayıb  -  VIDEO
Rusiyada sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden yalnız işinə obyektiv baxılacağına inamı yaranacağı təqdirdə, ABŞ-a qayıda bilər.
TASS xəbər verir ki, o, bu sözləri cümə axşamı ABŞ Milli İctimai Radiosunun müxbirlərinə verdiyi müsahibədə söyləyib.
ABŞ hökumətinin casusluq haqqında qanunlarını pozmaqda günahlandırdığı Snouden qeyd edib ki, ABŞ münsiflər məhkəməsi onun jurnalistlərə verdiyi məxfi məlumatlarla tanış olmalıdır.
"Münsiflər heyəti, bu məlumatları ictimaiyyətə açıqlamağın düzgün addım olub olmadığını qiymətləndirə bilmədiyi təqdirdə, məlumatların açıqlanması ilə bağlı ədalətli proses ola bilməz", - deyə o bildirib.