Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Roma Papasının Yaponiya səfərinin marşrutu açıqlanıb

4-10-2019, 09:49 Baxış: 9
Roma Papasının Yaponiya səfərinin marşrutu açıqlanıb
Roma Papası Fransiskin noyabrın sonlarında Yaponiyaya planlaşdırılan səfərinin marşrutu Vatikan tərəfindən elan edilib.
Yaponiya KİV-ləri xəbər verir ki, Naqasaki şəhərini ziyarət edən Roma Papası burada nüvə silahının ləğvinə çağıran bəyanatla çıxış edəcək.
Hiroşimada keçiriləcək yığıncaqda isə o, sülh məsələsinə həsr olunan nitq söyləyəcək.
Xatırladaq ki, Papa Yaponiyada Tailand səfərindən sonra noyabrın 23-dən 26-dək olacaq. Noyabrın 24-də Naqasakiyə gələn Roma Papası nüvə silahı barədə çağırışı 1945-ci ildə atom bombasının atıldığı parkda səsləndirəcək.
Bundan sonra Nişizaka parkını ziyarət edən Papa XVI əsrdə sərkərdə Toyotomi Hidyoşinin əmri ilə edam edilən 26 müqəddəsin xatirəsinə ehtiramını bildirəcək. Bundan sonra onun beysbol meydançasında dini ayin keçirəcəyi gözlənilir. Həmin axşam Hiroşimaya yola düşən Papa buradakı Sülh Xatirə parkında təşkil ediləcək mitinqdə çıxış edəcək.
Noyabrın 25-də isə Roma Papası İmperator Naruhito və Baş Nazir Şinzo Abe ilə görüşəcək.
Onun, həmçinin 2011-ci ilin martında Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələ və sunamidə sağ qalanlarla görüşü və Tokio qübbəsi yanında dini ayin keçirməsi planlaşdırılır. Səfərin son günündə Sofiya Universitetinə gedəcəyi və orada nitq söyləyəcəyi bildirilir.